FHN Akademiyasında maarifləndirmə tədbiri

post-img

Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Baba Salayev narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışaraq bildirib ki, böyük sosial bəla sayılan narkomaniya bütün cəmiyyətlərin faciəsidir və bu problemə qarşı fəal mübarizə aparmaq hər bir vətəndaşın ən ümdə vəzifəsidir. 

Bu bəlanın əsasən gənclər arasında yayıldığına diqqəti çəkən Akademiya rəisi sözügedən problemin aradan qaldırılması üçün irimiqyaslı maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu nəzərə çatdırıb. O, narkotiklərin qanunsuz döv­riyyəsinə qarşı mübarizənin, istərsə də narkomaniya əleyhinə aparılan maarif­ləndirmə tədbirlərinin bu gün aktual xa­rakter daşıdığını bildirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiqlənmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və on­ların prekursorlarının qanunsuz dövriyyə­sinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proq­ramı”nı xatırladan B.Salayev bildirib ki, bu sənəd sözügedən problemlə sistemli mübarizə aparılması baxımından mühüm əhəmiyyət daşıyır. Proqramdan irəli gələn vəzifələrin yüksək səviyyədə yerinə yeti­rilməsi istiqamətində ciddi səylər göstərilir və atılan addımlar davamlı xarakter daşı­yır.

Tədbirdə iştirak edən narkoloq-həkim Asif Kəngərli cəmiyyətin ciddi bəlasına çevrilən narkomaniyanın yaratdığı təh­lükələr və fəsadlar barədə geniş məlu­mat verib. Narkomaniyanın yayılmasına səbəb olan amillər, narkomaniyaya qarşı mübarizədə hüquq-mühafizə orqanları­nın, təhsil və səhiyyə işçilərinin qarşısın­da duran vəzifələrdən bəhs edib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb.

Q.QASIMOV, “Xalq qəzeti”

Son xəbərlər