Azərbaycanın yeni data mərkəzləri 2027-ci ildə istifadəyə veriləcək

post-img

Azərbaycanda bu il iki yeni data mərkəzinin tikintisinə başlanılıb.

XQ xəbər verir ki, bunu “AzInTelecom”un Kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev "Baku Fintech Forum-2025"də çıxışı zamanı bildirib.

“2027-ci ilədək tikinti proseslərinin yekunlaşdırılması planlaşdırılır. Bu data mərkəzləri təkcə Azərbaycanda deyil, regionda ən böyük mərkəzlər olacaq. Onlardan biri Hacıqabul, digəri isə Abşeron rayonu ərazisində yerləşəcək”, - deyə F.Fərəcullayev qeyd edib.

İqtisadiyyat