Gömrük daxilolmaları çoxalıb

post-img

2025-ci ilin ilk ayında gömrük xətti ilə büdcə daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz artaraq 487 milyon 159,3 min manata çatıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, ay ərzində gömrük rüsumları üzrə daxilolmalar 145 milyon 14 min manat (ötən ilin eyni dövrünə nisbətən 5,9 faiz çox), əlavə dəyər vergisi üzrə daxilolmalar 359 milyon 252 min manat (1,4 faiz çox), aksizlər üzrə daxilolmalar 18 milyon 952 min manat (2,4 faiz çox), yol vergisi üzrə daxilolmalar isə 3 milyon 939 min manat (16,2 faiz çox) təşkil edib.

 

İqtisadiyyat