Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, banklar və “Azərpoçt” MMC sistemləri üzrə ödəniş kartlarının sayı cari ilin yanvarında ötən ilin dekabr ayı ilə müqayisədə 67 min ədəd artaraq 19 milyon 965 min ədəd (15,8 faiz çox) təşkil edib. Bildirilib ki, ödəniş kartlarında artım debet kartları üzrə 18,1 faiz, kredit kartları üzrə 0,3 faiz olub.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 dəfə artıb.
Məlumata görə, 2025-ci ilin yanvar ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6,9 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 5,8 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 1,05 milyon manatı POS-terminallar, 3,1milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. Yanvar ayında ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 68,5 faizini təşkil edib.