İtaliyanın baş naziri Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı bəyanat yayıb

post-img

Ukraynada ədalətli və davamlı sülhün bərqərar olması Kiyevə Rusiyanın ölkəyə yeni müdaxilə etməyəcəyinə dair zəmanət vermədən mümkün deyil. Bu sözləri İtaliyanın baş naziri Giorgia Meloni Romada İsveçin baş naziri Ulf Kristerssonla görüşündən sonra deyib.

“Ukraynada ədalətli və davamlı sülhün təməlinin qoyulması üçün səylər göstərilməlidir ki, bu, yalnız Kiyevə bunun bir daha təkrarlanmaması və özünü təhlükə altında hiss edən Avropa dövlətlərinin özlərini təhlükəsiz hiss etmələri üçün adekvat təhlükəsizlik təminatları veriləcəyi təqdirdə baş verəcək”, - ANSA onun sözlərini sitat gətirir.

Onun sözlərinə görə, Ukrayna üçün təhlükəsizlik zəmanətləri NATO kontekstində həyata keçirilməlidir.

"İnanıram ki, bu, nə kövrək, nə də müvəqqəti sülhü təmin etmək üçün ən yaxşı strukturdur, bUNN, Avropanın yenidən müharibə dramına düşməsi riski qalmasın. Digər həll yolları mənə daha mürəkkəb və açığı, daha az təsirli görünür", - Giorgia Meloni bildirib.

S.ELAY

XQ

Dünya