2024-cü ildə Azərbaycanda əsas kapitala 21 milyard 435 milyon manat investisiya yönəldilib. Dövlət Statistika Komitəsinin bu barədə məlumatında daha sonra qeyd edilib ki, son 1 ildə neft-qaz sektoruna investisiyalar 10,2 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyalar isə 3,3 faiz çoxalıb.
Ötən il istifadə olunmuş investisiyanın 10 milyard 641 milyon manatı və yaxud 49,6 faizi məhsul istehsalı sahələrinə, 8 milyard 221 milyon manatı və yaxud 38,4 faizi xidmət sahələrinə, 2 milyard 573 milyon manatı və yaxud 12 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Hesabat dövründə əsas kapitala yönəldilmiş investisiyaların 18 milyard 146 milyon manatı və yaxud 84,7 faizi daxili investisiyalar olub, 15 milyard 524,9 milyon manatı və yaxud 72,4 faizi isə bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.