Ölkəmizdə “Torpaqların kateqoriyasına dair müraciətlərə baxılması” elektron xidməti istifadəyə verilib. Bu barədə XQ-yə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, xidmət vasitəsilə torpaqların kateqoriyalara aid edilməsi, bir kateqoriyadan digərinə keçirilməsi və kateqoriya daxilində məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı müraciətlərin qəbulu və baxılması artıq elektron qaydada “vahid pəncərə” prinsipi əsasında həyata keçirilir. Qurumun məlumatına görə, torpaqların bir kateqoriyadan digərinə keçirilməsi, kateqoriya daxilində məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı müraciət edən subyektlər (torpaq mülkiyyətçisi və istifadəçisi olan sahibkarlar, vətəndaşlar, dövlət qurumları və bələdiyyələr) İqtisadiyyat Nazirliyinin elektron xidmətlər portalına (https://e-services.economy.gov.az/) daxil olub “Torpaqların kateqoriyasına dair müraciətlərə baxılması” elektron xidmətini seçərək və ya kateqoriya.emlak.gov.az domen ünvanına daxil olaraq müraciət edə bilərlər.
Qeyd edək ki, dövlət mülkiyyətində olan torpaqlara münasibətdə aidiyyəti dövlət orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlara münasibətdə müvafiq bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə torpaq mülkiyyətçiləri, torpaqlar uzunmüddətli istifadədə olduğu hallarda mülkiyyətçinin yazılı razılığı ilə icarəçi və ya istifadəçi olan fiziki və ya hüquqi şəxslər bu elektron xidmət vasitəsilə müraciətlərini və müraciətin əsaslandırılmasına dair sənədlərini real vaxt rejimində Əmlak Məsələləri Dövlət Xidmətinə göndərə bilərlər.
Müraciət edən subyektlər üçün Digital Login vasitəsilə elektron xidmətə daxil olmaqla müraciətlərini formalaşdırıb “ASAN İmza” ilə təsdiqləyərək göndərmək, şəxsi kabinet üzərindən müraciətə baxılmanın gedişatını izləmək, baxılmanın nəticələrinə dair bildiriş almaq, həmçinin çatışmayan sənəd və məlumatları sorğusu əsasında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərmək imkanları yaradılıb.
Dövlət Xidmətindən o da bildirilib ki, təqdim edilmiş sənədlərin düzgünlüyü Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin və daşınmaz əmlakın dövlət reyestrinin baza məlumatları əsasında yoxlanıldıqdan sonra qurumun Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi ilə bağlı 10 iş günü müddətində rəy verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə elektron qaydada göndərir.
Dövlət orqanlarından müsbət rəy almış müraciətlər əsasında Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq qurumları tərəfindən 15 iş günü müddətində kateqoriyasının dəyişdirilməsi nəzərdə tutulan torpaq sahələrinin yerquruluşu planı (xəritəsi) hazırlanır. Müvafiq fərmanla təsdiq edilən “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nda müəyyən edilmiş müddət və prosedurlara uyğun olaraq işlər yekunlaşdıqdan sonra sənədlər Nazirlər Kabinetinə göndərilir. Hökumət tərəfindən müsbət qərar qəbul edildiyi halda onun surəti Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olduqdan sonra dövlət torpaq kadastrında 2 iş günü müddətində dəyişikliklər edilir və bu barədə müraciət edən subyektə elektron xidmət vasitəsilə məlumat verilir.
Ekspertlər hesab edirlər ki, yeni elektron xidmət sahibkarların, vətəndaşların, dövlət qurumlarının və bələdiyyələrin müraciətlərinin şəffaf, çevik və effektiv şəkildə baxılmasına, prosedurların optimallaşdırılmasına və məmnunluğun artırılmasına yönəlib. Yeri gəlmişkən, elektron müraciətlərin qanunvericilikdə müəyyən edilmiş müddətdə baxılması və cavablandırılması üçün subyektlər qanuna müvafiq elektron imzalara malik olmalı, lazımi sənədlərin tamlığını və dürüstlüyünü təmin etməlidirlər.
Torpaq qiymətləndirilməsi təkmilləşir
- İqtisadiyyat
- 11:54 09.01.2025
- Oxunma sayı: 794
Açar sözlər:
Paylaş:
TAP-ın hidrogen nəqli imkanları
11:55 09.01.2025İqtisadiyyat
Tunis Azərbaycandan xam neft tədarükünü artırıb
14:10 27.04.2026İlk rübdə 24,8 milyon dollarlıq alma ixrac edilib
13:16 27.04.2026Yeni neft hasilatı konsepsiyası
12:28 25.04.2026Neft ticarəti və logistikası forumu başa çatdı
12:14 25.04.2026Transxəzər marşrutunun 2026-cı il iş planı
12:13 25.04.2026“Çovdar” mədənində bərpa işləri
12:13 25.04.2026Azərbaycan dövləti özəl sahənin inkişafını davamlı himayə edir
12:10 25.04.2026-
- 21:53 27.04.2026
-
- 20:29 27.04.2026
-
- 19:45 27.04.2026
-
- 19:30 27.04.2026
-
- 19:26 27.04.2026
-
- 19:23 27.04.2026
-
- 19:12 27.04.2026
-
- 19:11 27.04.2026
-
- 18:40 27.04.2026
-
- 18:25 27.04.2026
-
- 18:13 27.04.2026
-
- 18:10 27.04.2026
-
- 18:06 27.04.2026
-
- 18:01 27.04.2026
-
- 17:49 27.04.2026
-
- 17:40 27.04.2026
-
- 17:26 27.04.2026
-
- 17:20 27.04.2026
-
- 17:15 27.04.2026
-
- 17:13 27.04.2026
-
- 16:59 27.04.2026
-
- 16:47 27.04.2026
-
- 16:37 27.04.2026
-
- 16:32 27.04.2026
-
- 16:25 27.04.2026
-
- 16:24 27.04.2026
-
- 16:11 27.04.2026
-
- 16:09 27.04.2026
-
- 15:58 27.04.2026
-
- 15:50 27.04.2026
-
- 15:46 27.04.2026
-
- 15:43 27.04.2026
-
- 15:43 27.04.2026
-
- 15:40 27.04.2026
-
- 15:37 27.04.2026
-
- 15:25 27.04.2026
-
- 15:19 27.04.2026
-
- 15:17 27.04.2026
-
- 15:06 27.04.2026
-
- 15:03 27.04.2026

