Yanacaq satışından gəlir 7 faiz artıb

post-img

Bu ilin yanvar–sentyabr aylarında ölkədə 2 milyard 430,9 milyon manat məbləğində avtomobil benzini və dizel yanacağı satılıb. Dövlət Statistika Komitəsinin bununla bağlı yaydığı məlumatda həmin göstəricinin ötən ilin müvafiq ayları ilə müqayisədə 6,3 faiz çox olduğu bildirilib.

Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından 5,7 faiz gəlir əldə edilib.

İqtisadiyyat