Aqrar Sığorta Fondu İdarə Heyətinin sədr müavini Ləman Alıyeva-Məmişova brifinqdə çıxışı zamanı son 3 il ərzində qurumun sığorta ödənişlərinin, təxminən, 10,8 milyon manatı keçdiyini bildirib.
Onun sözlərinə görə, bitkiçilik və heyvandarlıq sahələrinə 2022-ci ildə 2,4 milyon manat, 2023-cü ildə 4,4 milyon manat, 2024-cü ilin ötən aylarında isə 4 milyon manata yaxın sığorta ödənişləri gerçəkləşdirilib. Sığorta ödənişləri 1000-ə yaxın fermer də bu ödənişlərdən yararlanıb. Ötən illə müqayisədə bu il fonda olan müraciətlərin sayında isə 42 faiz artım müşahidə olunub.