Naxçıvan – təmiz enerji məkanı

post-img

Bu ilin sentyabr ayında Naxçıvan Muxtar Respublikasında istehsal olunan ümumi elektrik enerjisinin 35 faizi alternativ və bərpaolunan enerji mənbələrinin payına düşüb.

Muxtar respublikanın Dövlət Energetika Xidmətinin məlumatına görə, ötən ilin 9 ayı ilə müqayisədə alternativ və bərpaolunan enerji mənbələrində istehsal olunan elektrik enerjisinin payı 20 faizə yaxın artıb. Belə ki, həmin dövrdə “yaşıl” enerjinin istehsal payı 35,1 faiz olduğu halda, cari ilin müvafiq dövründə bu rəqəm 53 faizə yüksəlib.

Bütövlükdə isə, ötən ay muxtar respublikada istehsal olunmuş ümumi elektrik enerjisinin 65 faizi istilik, 20 faizi su, 15 faizi isə günəş elektrik stansiyalarının payına düşüb.

İqtisadiyyat