Paytaxtın Nizami rayonu ərazisində yerləşən mağazaların birindən 3750 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
DİN mətbuat xidmətindən aldığımız məlumata görə, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən F.Abdullayeva və T.Mamedova müəyyən olunaraq saxlanılıblar.
Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşları isə keçirdikləri tədbirlərlə rayon ərazisindəki evlərin birindən pul, mobil telefon, qızıl-zinət əşyaları və bank kartları oğurlamaqda şübhəli bilinən, əvvəllər oğurluq, soyğunçuluq və narkotik cinayətlərinə görə məhkum olunmuş 46 yaşlı Ç.Məmmədov saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ