Dövlət Statistika Komitəsindən XQ-yə bildirilib ki, cari ilin yanvar–avqust aylarında ölkədə 80 milyard 960 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çox ümumi daxili məhsul istehsal olunub.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,2 faiz, qeyri-neft-qaz sektorunda isə 7 faiz çoxalıb. ÜDM istehsalının 37,9 faizi sənaye, 9,7 faizi ticarət, 7 faizi nəqliyyat, 6,1 faizi tikinti, 6 faizi kənd təsərrüfatı, 1,8 faizi informasiya və rabitə sahələrinin, 18,9 isə faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,1 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 7 min 941 manata bərabər olub.