Ölkəmiz beynəlxalq ərzaq təhlükəsizliyi forumunda

post-img

Azərbaycan Özbəkistanın pay­taxtı Daşkənddə keçirilmiş “Də­nizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin Ərzaq Təhlükəsizli­yi və Dayanıqlı İnkişaf Məqsədlə­ri” beynəlxalq forumunda təmsil olunub.

Kənd Təsərrüfatı Nazirliyinin məlu­matına görə, forumda Azərbaycanı kənd təsərrüfatı nazirinin müavini Elçin Zeyna­lov təmsil edib.

Forumda dənizə çıxışı olmayan ölkələrdə müasir texnologiyalar əsasında dayanıqlı kənd təsərrüfatının qurulması, ərzaq təhlükəsizliyinin reallaşdırılması, kənd təsərrüfatı məhsullarının ticarəti, iq­lim dəyişikliyinə uyğunlaşma və logistika məsələləri müzakirə olunub. 

Açılış mərasimində Özbəkistanın Baş naziri Abdulla Aripov, Avropa İttifaqının kənd təsərrüfatı üzrə komissarı Yanuş Voy­çexovski və Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun prezidenti Alva­ro Larios çıxış edərək iqlim dəyişikliyinin kənd təsərrüfatına təsiri, ərzaq təhlükəsiz­liyinin gerçəkləşdirilməsi, aqro-ərzaq sis­temlərinin mövcud vəziyyəti və transfor­masiyası məsələlərinə toxunublar.

Elçin Zeynalov Azərbaycanın hazır­da regionda iqtisadiyyatı sürətlə inkişaf edən ölkə olduğunu diqqətə çatdırıb. Na­zir müavini, eyni zamanda, iqtisadiyyatın şaxələndirilməsi yolu ilə milli aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsinin əsas vəzifələrdən biri kimi qarşıya qoyulduğunu bildirib. Azərbaycanın qlobal çağırışlardan irəli gələn təşəbbüslərə böyük həvəslə qo­şulduğunu deyən nazir müavini beynəlxalq tərəfdaşlarla səmərəli əməkdaşlığın davam etdiyini vurğulayıb. 

Aqrar sahədə rəqəmsal və innovasi­yaya keçidi zəruri sayan Elçin Zeynalov əlavə edib ki, rəqəmsal texnologiyalar iq­tisadiyyatın inkişafına təsir göstərir, kənd təsərrüfatı və ərzaq bazarlarını yenidən for­malaşdırır: “Məhdud resurslardan səmərəli istifadə etmək üçün kənd təsərrüfatının hər bir sektorunda rəqəmsallaşma tələb olu­nur. Bu dəyişiklik həm də iqlim dəyişikliyi riskinin azaldılmasını və uyğunlaşmasını şərtləndirir. 

Nazir müavininin bildirdiyinə görə, hazırda ölkəmizdə aqrar sektorun müasir və rəqəmsal kənd təsərrüfatına çevrilmə­si prosesi həyata keçirilir. Həmçinin kənd yerlərini inkişaf etdirmək və dəyər zən­cirinə inteqrasiya etmək üçün rəqəmsal texnologiyalardan yararlanılır. Avrasiya regionunda mühüm tranzit və logistika mərkəzi olan Azərbaycanda həyata keçi­rilən layihələr “Şərq–Qərb” və “Şimal–Cənub” nəqliyyat dəhlizləri arasında mü­hüm ticarət körpüsü rolunu oynayır. Bu dəhlizlər ticarət əlaqələrimizin inkişafına böyük fayda verə bilər.

İqtisadiyyat