“LEDLINE” MMC-yə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti statusu verilib.
İZİA-nın məlumatına görə, şirkət sənaye parkının 1 hektar ərazisində led lampaları istehsalı müəssisəsi inşa edəcək. İnvestisiya dəyəri 4,5 milyon manat olan layihə çərçivəsində 44 nəfərlik daimi iş yeri yaradılacaq. Müəssisədə istehsal ediləcək məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək.