Beş ildən çox bir müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub.
Dövlət Vergi Xidmətinə istinadla xəbər verilir ki, iş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 439 min 564 vahid artıb və avqust ayının 1-nə 1 milyon 841 min 479 olub.
Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 428 min 791 vahid artaraq 968 min 713 təşkil edib.