Fermerlərə verilən sığorta ödənişlərinin həcmi 3 dəfə artıb

post-img

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmindən istifadə edərək faydalanan fermerlərin sayı artmaqdadır.

Aqrar Sığorta Fondundan aldığımız məlumata görə, cari ilin ilk yarım illiyi­nin nəticələrinə əsasən, sığortalanan əkin sahələri və heyvandarlıq təsərrüfatları üzrə fermerlərə zərər ödənişlərində yüksək ar­tım baş verib.

Cari ilin yanvar-iyun aylarında müxtə­lif hadisələr nəticəsində zərərlə üzləşmiş sığortalı fermerlərə 2 milyon 864 min ma­nat sığorta ödənişi olunub. Sığorta ödəniş­lərinin 2 milyon 243 min manatı bitkiçilik, 621 min manatı isə heyvandarlıq sığortası üzrə edilib.

Məlumatda bildirilir ki, 2023-cü ilin eyni dövrünə nisbətən sığorta ödənişlərinin məbləği 2,5 dəfə, o cümlədən əkin sahələri üzrə ödənişlər 3 dəfə, heyvandarlıq təsər­rüfatları üzrə ödənişlər isə 43 faiz artıb.

Ötən ilin yanvar-iyun aylarında Aqrar Sığorta Fondu tərəfindən sığortalı fermer­lərə, ümumilikdə, 1 milyon 147 min manat sığorta ödənişi edilib.

Bu ilin 2-ci rübündə ən çox sığorta ödənişləri fırtına, dolu və subasma ha­disələri üzrə həyata keçirilib.

Qeyd olunub ki, Azərbaycanda aqrar sığorta dövlət dəstəyi ilə təqdim edilir – sı­ğorta haqqının 50 faizini fermerlərə dəstək üçün dövlət özü ödəyir. Nəticədə fermerlər cüzi ödəniş həyata keçirməklə təsərrüfatla­rını çoxsaylı risklərdən sığorta edə bilirlər.

Yeri gəlmişkən, ekspertlər aqrar sahə­nin inkişafında mühüm rolu olan sığorta mexanizminin əhatə dairəsinin genişlənmə sürətinin qənaətbəxş olduğunu bildirirlər. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2023-cü ildə Azərbaycanda sığorta­lanmış əkinlərin sahəsi 380 min 476 hektar olub ki, bu da 2022-ci illə müqayisədə 43 faiz çoxdur. Ötən il bitkiçilik sahəsindən toplanmış sığorta haqlarının məbləği 13 milyon manat təşkil edərək əvvəlki ilin göstəricisini 4,2 milyon manat və yaxud 48 faiz üstələyib. 

2023-cü ildə aqrar sığorta mexanizmi vasitəsilə 6500 baş iribuynuzlu, 1300 baş xırdabuynuzlu olmaqla ümumilikdə 7800 baş kənd təsərrüfatı heyvanı sığorta edilib, 3,9 milyon manat sığorta haqqı toplanıb. Heyvanların sığortası üzrə sığorta təmina­tının məbləği 36 milyon manat təşkil edib. 2023-cü ildə kənd təsərrüfatı heyvanları­nın sığortası üzrə 910 min manat sığorta ödənişi edilib.

Aqrar sığorta vasitəsilə əkin sahələri, kənd təsərrüfatı heyvanları və balıqçılıq təsərrüfatları sığorta edilir. Bitkiçilik sı­ğortasına taxıl və tarla bitkiləri, meyvə bağları, texniki bitkilər, tərəvəz və bostan bitkiləri, heyvanların sığortasına isə iri və xırda buynuzlu heyvanlar – inək, camış, qoyun və keçi təsərrüfatları daxildir.

İqtisadiyyat