Azərbaycan 2027-ci ilədək mərhələli şəkildə “yaşıl enerji” üçün 250 meqavat gücündə anbar hazırlamağı planlaşdırır.
Azərbaycan Respublikası energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov bunu jurnalistlərə açıqlamasında bildirib.
“2027-ci ilə qədər bərpaolunan enerji mənbələrindən 2 qiqavatt “yaşıl enerji” istehsal etməyi planlaşdırırıq. Bu həcm üçün Azərbaycana 250 meqavatlıq enerji anbarı lazımdır. Bu anbarı 2024-cü ildən başlayaraq mərhələli şəkildə yaradacağıq”, – E.Soltanov deyib.
Nazir müavini qeyd edib ki, 2024-cü ildə Azərbaycan xarici tərəfdaşların dəstəyi ilə ilk 50 meqavat “yaşıl enerji”ni saxlamaq üçün şərait yaratmağı planlaşdırır. Yerdə qalan 200 meqavatın yaradılmasının təfərrüatı sonra, lazım olduqca açıqlanacaq”, – deyə E.Soltanov əlavə edib.