“Atlet-8” kran gəmisi əsaslı təmir olunub

post-img

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus uzunluğu 65, eni 15 metr olan “Atlet-8” kran gəmisinin əsaslı təmiri yekunlaşıb.

ASCO-dan aldığımız məlumata əsasən, təmir prosesi “Bibiheybət” Gəmi Təmiri Zavodunda yerinə yetirilib. Təmir müddətində 40 ton yükqaldırma qabiliy­yətinə malik olan kranın, baş və köməkçi mühərriklərin, nasosların, boru sistemləri­nin əsaslı təmir işləri aparılıb.

“Gəminin yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxana təmir olunub. Tər­sanəyə qaldırılan gəminin sualtı və suüstü hissələrinin təmizlənməsi, rənglənməsi, hərəkət-sükan kompleksinin, dib-yan ar­maturlarının, protektor qurğularının təmiri, gəminin üzməsinə təhlükə yaradan gövdə­nin sualtı və suüstü hissəsində zədələnən sahələrin dəyişdirilməsi işləri yerinə yeti­rilib, – məlumatda deyilib.

İşlər başa çatdırıldıqdan sonra gəminin 40 tonluq yükqaldırma qabiliyyətinə malik kran qurğusunun sınaq işləri aparılıb və test uğurla yekunlaşdırılıb. Bundan son­ra mexanizm və elektrik avadanlıqlarının hərəkətdə yoxlanılması məqsədilə gəmi dəniz sınağına çıxarılıb. Müvəffəqiyyət­lə başa çatan dəniz sınaq işlərindən sonra gəmi registr təsnifatı nümayəndələrinə təh­vil verilib.

İqtisadiyyat