Bu ilin yanvar–iyun aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz artaraq 5 milyard 833 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, bu göstəricinin 4 milyard 381 milyon manatlıq hissəsi hüquqi şəxslərə məxsus olub ki, bu da, xidmətlərin ümumi dəyərinin 75,1 faizini təşkil edib.
Hesabat dövründə ödənişli xidmətlərin dəyərinin 1 milyard 244 milyon manatı dövlət, 4 milyard 588 milyon manatı qeyri-dövlət sektorunun payına düşüb. Bu da, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9,5 faiz və 6,2 faiz çoxdur.
6 ayda hər bir ölkə sakini orta hesabla 572 manatlıq və yaxud 1 il əvvələ nisbətən 47 manat çox dəyərdə müxtəlif ödənişli xidmətlərdən istifadə edib.