İşğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndi ərazisində Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qaz tənzimləyici məntəqə qurulur.
Bu barədə “Azəriqaz”dan verilən məlumatda bildirilib ki, işlər bu gün də müntəzəm olaraq davam etdirilir. Qaz tənzimləyici məntəqə Zəngilan rayonunun Həkəri, Yenikənd və 2-ci Alıbəyli kəndlərini “mavi yanacaq”la təmin edəcək. Məntəqənin ərazisi 2500 kvadratmetr olacaq.
Hazırda ərazidə 2 su anbarının tikintisi başa çatmaq üzrədir. İşıq dirəklərinin bünövrəsi hazır vəziyyətdədir. Məntəqədə işlərin avqustun sonunadək yekunlaşdırılması planlaşdırılır.