“Rəqabət Məcəlləsi”nə əsasən, Azərbaycanda subsidiyaların verilməsinə nəzarət mexanizmi yaradılıb.
Bu, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti tərəfindən verilən məlumatda bildirilib. Qeyd edilib ki, sözügedən mexanizmin yaradılması yeni qanuna əsasən həyata keçirilib.
Xatırladaq ki, bu ayın 1-dən Azərbaycanın Rəqabət Məcəlləsi qüvvəyə minib. 12 fəsil, 84 maddədən ibarət olan Rəqabət Məcəlləsi ölkədə əlverişli biznes mühitinin inkişafı, təsərrüfat subyektlərinin sayının və iqtisadiyyata cəlb olunan investisiyaların artması üçün geniş imkanlar yaradacaq.