Azərbaycanın xarici ticarət coğrafiyası dünyanı əhatə edir

post-img

5 ayda dövriyyə 18 milyard 225 milyon dollara çatıb

Ölkəmizin hüquqi və fiziki şəxsləri tərəfindən 5 ay ərzində dünyanın 164 ölkəsi   ilə ticarət əməliyyatları həyata keçirilib, 104 ölkəyə məhsul ixrac olunub, 154 ölkədən isə idxal edilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla, 2024-cü ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 18 milyard 225  milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 10 milyard 925  milyon dollarını və ya 59,9 faizini ölkədən ixrac olunmuş məhsulların, 7 milyard 301 milyon dollarını (40,1 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 3 milyard 624  milyon dollar məbləğində müsbət saldo yaranıb.

2024-cü ilin yanvar-may aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 14  faiz, real ifadədə 22,5 faiz azalaraq 1 milyard 261  milyon dollar təşkil edib. Dövlət ömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, ölkənin xarici ticarət dövriyyəsində ilk beşliyi İtaliya (23,9 faiz), Türkiyə (13,9 faiz), Rusiya (9,4 faiz), Çin (7,2 faiz) və İsrail (5  faiz) tamamlayır. İxracda isə 38 faizlə İtaliya, 14,8 faizlə Türkiyə, 8,2 faizlə İsrail, 5,1 faizlə Hindistan, 3,9 faizlə Rusiya yer alıb.

lkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,1 faizi Çin, 17,8 faizi Rusiya, 12,6 faizi Türkiyə, 6,1 faizi Avstraliya, 4,4 faizi isə Almaniya ilə aparılmış idxal əməliyyatlarının payına düşüb və bu ölkələr ilk beşlikdə qərarlaşıb.

Yeri gəlmişkən, 2024-cü ilin ilk yarısında 334 milyon 558 min dollar dəyərində 321 min 898 ton meyvə-tərəvəz ixrac edilib. Dövlət ömrük Komitəsinin hesablamalarına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac olunan meyvə-tərəvəzin dəyəri 4,5 faiz və ya 15 milyon 870 min dollar, həcmi isə 7,7 faiz və ya 26 min 876 ton azalıb. 2023-ci ilin ilk yarısında Azərbaycandan 350 milyon 428 min dollar dəyərində 348 min 774 ton meyvə-tərəvəz ixrac edilib.

Xatırladaq ki, hesabat dövründə əsas ixrac olunan meyvə-tərəvəz məhsulları 136 milyon 949 min dollar dəyərində tomat (114 min 246 ton) , 51 milyon 900 min dollar dəyərində meşə fındığı (8 min 425 ton), 22 milyon 756 min dollar dəyərində alma (34 min 144 ton), 20 milyon 470 min dollar dəyərində kartof (48 min 234 ton), 27 milyon 780 min dollar dəyərində xurma (35 min 362 ton), 3 milyon 263 min dollar dəyərində nar (3 min 651 ton) olub.

Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 2,59 faizə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 20,96 faizə bərabər olub.

Son illər ölkəmizin ixrac potensialının gücləndirilməsi istiqamətində bir sıra mühüm layihələrin  həyata keçirilməsi nəticəsində özəl bölmə sürətli inkişaf mərhələsinə daxil olub, sahibkarlığın hüquqi bazası formalaşdırılıb, iqtisadi sərbəstlik diqqət mərkəzində saxlanılıb.

ömrük prosedurlarının sadələşdirilməsi, ticarət maneələrinin azaldılması və tranzit daşımaların optimallaşdırılması kimi mühüm tədbirlər də gerçəkləşdirilib. Eyni zamanda, yüksək keyfiyyətli məhsul istehsalı məqsədilə  respublikamıza ən müasir texnika və avadanlıqlar gətirilib. Müəssisələrdə texnoloji proses günün tələbləri səviyyəsində tamamilə yenidən qurulub.  

Respublikada Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə ciddi əməl olunması, daxili bazarın qorunması, haqsız rəqabətə qarşı mübarizənin gücləndirilməsi və rəqabətin inkişafı ilə bağlı tədbirlər həyata keçirilməsi, eyni zamanda, istehlak mallarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin gücləndirilməsi sahibkarların, eləcə də  istehlakçıların mövqelərini gücləndirib. Şübhəsiz ki, standartlaşdırma və metrologiya kimi mühüm sahələrinin beynəlxalq tələblərə uyğunlaşdırılması da milli istehsalçıların xarici bazarlara çıxışını stimullaşdırıb.

Yuxarıdakı göstəricilərin əldə olunmasında təbii ki, sadalanan amillərlə yanaşı, digər səbəblər də mühüm rol oynayıb. Məsələn, respublikamız “Ümumiləşdirilmiş Preferensiyalar Sistemi ” Proqramına (“ SP ”) qoşulandan sonra ixrac potensialı nəzərəçarpacaq dərəcədə  güclənib, ixrac mallarının çeşidi artıb. Bu,  ölkəmizə Avropa İttifaqı (Aİ) bazarlarına güzəştli şərtlərlə ixrac imkanı yaradıb. Belə bir tədbirin gerçəkləşdirilməsi həm də ixrac potensialının genişləndirilməsinə və ixrac strukturunun diversifikasiyasına önəmli təsir göstərib.  Bütün  bunlarla bərabər, ixrac potensialının güclənməsini  son illər Vergi Məcəlləsinə edilən düzəlişlər, sənaye məhəllələrinin, texnoparkların,  azad iqtisadi zonaların genişləndirilməsi də sürətləndirib.

Azərbaycanın ixrac potensialının gücləndirilməsindən danışarkən bir məqamı da xatırladaq. Qeyd edək ki, biznes ekomühitinin yaxşılaşdırılmasının mühüm qolu iqtisadiyyatın gömrük-vergi tənzimlənməsi sisteminin təkmilləşdirilməsidir. Bu baxımdan ölkəmizdə investisiya mühitinin cəlbediciliyinin artırılması üçün müəyyən layihələrin gerçəkləşdirilməsi ümumi prosesə təkan verir. Bu gün yerli istehsalatda istifadə olunan 300-ə yaxın aralıq malın idxal rüsumundan azad edilməsi yerli istehsalın maya dəyərinin azaldılmasına, yerli malların xarici bazarlarda rəqabət qabiliyyətinin artırılmasına müsbət təsir göstərməsi də deyilən fikrin bariz ifadəsidir.    

Hazırda da bu proses davam edir. Belə ki, ixracda hesablaşma qaydalarının təkmilləşdirilməsi, yerli istehsalda xammal ehtiyacının ödənilməsi, əhalinin idxaldan asılı olan bir sıra zəruri istehlak malları ilə etibarlı təminatı məqsədilə tətbiq olunan tarif tədbirləri, o cümlədən güzəşt müddətlərinin uzadılması istiqamətində qanunvericilik layihələri hazırlanaraq  aidiyyəti dövlət orqanları ilə müzakirə olunur.

Yeri gəlmişkən, ölkədə ixrac potensialının gücləndirilməsi Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilən  “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də qarşıya mühüm vəzifə kimi qoyulub. Belə bir vəzifənin gerçəkləşdirilməsinin əsas şərti kimi davamlı və yüksək iqtisadi artıma nail olunması göstərilib.  

Buna görə də Milli Prioritetlərə əsaslanaraq hazırda milli iqtisadiyyat şaxələndirilir, mallar və xidmətlər üzrə ixrac potensialının tam reallaşdırılması üçün qeyri-neft iqtisadiyyatının inkişafı diqqət mərkəzində saxlanılır. İqtisadi artımın qabaqcıl və e- ektiv özəl təşəbbüslərə söykənməsi,  dövlət və özəl əməkdaşlığın gücləndirilməsi istiqamətində layihələr gerçəkləşdirilir. Bütün bunlarla bərabər, yeniliyə meyilli özəl sektorda aktivlik daha da canlandırılır, qeyri-neft sektorunun maliyyələşməsində bu sahənin payı artırılır.

 

İqtisadiyyat