2024-cü il iyunun 30-na Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 58 milyard 6 min dollar təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 85 milyon 5 min dollar və ya 5,6 faiz çoxdur.
Bu barədə ARDNF-in 2024-cü ilin yanvar–iyun ayları üzrə gəlir və xərclərinə dair məlumatında qeyd olunub. Bildirilib ki, fondun aktivləri cari ilin əvvəlinə (56 milyard 69,7 milyon dollar) nisbətən 3,4 faiz artıb.
Bundan başqa, yanvar–iyun ayları ərzində ARDNF-in büdcə gəlirləri 1,3 dəfə azalaraq 9 milyard 254,9 milyon manat, büdcə xərcləri isə 2,4 dəfə artaraq 6 milyard 414,4 milyon manat təşkil edib.