Cari ilin yanvar–iyun ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ölkədə 5973 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib ki, bu da bir il öncəki göstəricini 65,7 faiz üstələyir.
Kənd Təsərrüfatı Nazirliyi Aqrar Tədqiqatlar Mərkəzinin hesabatına görə, cari ilin ilk altı ayında aqrar sektorda fəaliyyət göstərən 2035 fiziki və hüquqi şəxsə 37,8 milyon manat məbləğində güzəştli kredit verilib. Bunun 30,7 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 240 min manatı güzəştli kreditlər, 6,8 milyon manatı isə mikrokreditlərdir.