600 milyon manat ƏDV geri qaytarılıb

post-img

“ƏDV geri al” layihəsinin reallaşdırılması nəticəsində pərakəndə ticarət, iaşə və tibb xidmətləri sahələrində nağdsız ödəmələrin xü­susi çəkisi əhəmiyyətli şəkildə yüksəlib. Bugünədək alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün edvgerial.az portalında 3 milyona yaxın istifadəçi qeydə alınıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, layihənin tətbiq edildiyi vaxtdan 2024-cü il iyulun 1-dək pərakəndə ti­carət və iaşə obyektlərindən alınmış mallara (neft və qaz məhsulları, av­tomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də səhiyyə müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin 603,7 milyon ma­natı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb. Ümumilikdə isə, 2024-cü ilin yanvar–iyun ayları ərzində 253 milyon 405 min 778 kassa çeki üzrə 88 milyon manat ƏDV məbləği geri qaytarılıb.

İqtisadiyyat