Fərdi iş adamlarının sayı 1 milyon 356 mini ötüb

post-img

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, cari ilin ilk yarısında hüquqi şəxs yarat­madan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyat­dan keçən fərdi sahibkarların sayı 1 milyon 356 mini ötüb.

Bildirilib ki, hesabat dövründə hər dörd fərdi sahibkardan üçü aqrar sek­tor, meşə təsərrüfatı, ticarət, nəqliyyat sahələri üzrə qeydiyyatdan keçib. İş adamlarının əsas hissəsi Bakıda (26,5 faiz), Lənkəran–Astara (10,2 faiz), Qa­zax–Tovuz (7,9 faiz) və Mərkəzi Aran (7,1 faiz) iqtisadi rayonlarında qeydiy­yata alınıb.

Fərdi sahibkarların 77 faizi kişilər, 23 faizi isə qadınlar olub. Sahibkar qadınların 28,6 faizi Bakıda, 10,2 faizi Lənkəran–Astara, 9,6 faizi Qazax–To­vuz, qalanları isə digər iqtisadi rayon­larda qeydiyyatdan keçib. 

İqtisadiyyat