Bu il aprelin 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 749 min nəfər olub, onlardan 900 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 849 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Dövlət Statistika Komitəsinin bu barədə məlumatında daha sonra bildirilir ki, cari ilin yanvar–mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 9,3 faiz artaraq 985 manat olub.
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, eləcə də nəqliyyat sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
XQ