Köhnə yağlardan təzə yağ

post-img

Bu ayın sonlarında Azərbaycanda tullantı yağlarından müxtəlif markalı baza yağları istehsal edən ilk müəssisənin qurulması üçün tikinti işlərinə başlanılacaq.

Bu barədə İqtisadi Zonaların İnkişa­fı Agentliyinin idarəçiliyində Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Az-Kom Servis” MMC-nin direktoru Afiyəd­din Sadıqov məlumat verib. Onun söz­lərinə görə, Sumqayıt Kimya Sənaye parkında tikiləcək zavodun fəaliyyətə başlaması üçün, təxminən, 15-16 mil­yon manat vəsait tələb olunur ki, bu məqsədlə kredit və şəxsi maliyyə vəsa­itindən istifadə ediləcək.

Zavodun 5-6 ay ərzində istifadəyə veriləcəyini bildirən A. Sadıqov deyib ki, müəssisədə istehsal tullantısı olan mühərrik yağları təkrar emal olunacaq. “Avtomobillərdən çıxan, yağdəyişmə məntəqələrində olan tullantı yağlarını yenidən emal edərək 75 faizlik baza yağı əldə edəcəyik. Azərbaycanda bu formada yağ istehsal edən ilk müəs­sisə olacağıq. Hazırda baza yağları xa­ricdən idxal edilir, onların yerli bazarda istehsalı yoxdur. Yeni zavodda baza yağları ilə yanaşı, az miqdarda dizel və bitum da istehsal ediləcək”,– deyə o əlavə edib.

XQ

İqtisadiyyat