Bu ilin birinci rübündə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə əsas kapitala, ümumilikdə, 1 milyard 167 milyon 617 min manat məbləğində investisiya yönəldilib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, həmin vəsaitin 1 milyard 159 milyon 155 min manatı tikinti-quraşdırma işlərinə aid olub. Hesabat dövründə Qarabağ iqtisadi rayonunda investisiya qoyuluşu 535 milyon 895 min manat təşkil edib ki, bunun da 533 milyon 580 min manatı tikinti-quraşdırma işlərinə yönəldilib. Şərqi Zəngəzur iqtisadi rayonuna isə 631 milyon 721 min manat investisiya yatırılıb. Bunun da 625 milyon 575 min manatı tikinti-quraşdırma işlərinə aid olub.
XQ