“Dəmir daşımalar” 11 faiz artıb

post-img

“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumatda bu qurumun tranzit yüklərin daşınmasını 11 faiz artırdığı bildirilib. 

Qeyd edilib ki, cari ilin I rübündə QSC 1,8 milyon tondan çox tranzit yük daşıyıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz çoxdur.

Son 1 ildə isə “Azərbaycan Dəmir Yol­ları”nın ölkə daxilində yükdaşımaları isə 6 faiz artaraq 0,8 milyon tonu keçib. Yan­var–mart aylarında dəmir yolu müəssisəsi, ümumilikdə, 4,4 milyon tondan çox yük daşıyıb.

XQ

İqtisadiyyat