KOB evləri – 100 min xidmət

post-img

Bu ilin yanvar–mart aylarında İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) məxsus KOB evlərində sahibkarlara 99 mindən çox xidmət göstərilib.

Qurumdan verilən məlumata görə, xidmətlərin 80 mindən çoxu “Bakı KOB evi”nin, 15 minə yaxını “Yevlax KOB evi”nin, 4 mindən çoxu isə “Xaçmaz KOB evi”nin payına düşüb. Xidmətlə­rin 91 minə yaxınını dövlət qurumları (“G2B”), 9 minə yaxınını isə biznes qu­rumları (“B2B”) təqdim edib. 

Sahibkarlar KOB evlərinə daha çox biznes fəaliyyəti üçün zəruri olan lisen­ziya və icazələr, mənşə sertifikatı, yük­daşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, taxoqraf kart­ları və digər sənədlərin alınması, vergi və gömrük məsələləri, kommunal və digər ödənişlər, biznes krediti üçün mü­raciət ediblər.

XQ

İqtisadiyyat