Kənd öz nemətlərini ilbəil çoxaldır

post-img

Dövlət Statistika Komitəsindən bu ilin I rübündə ölkədə 1 milyard 445 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edildiyi və bunun ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz çox olduğu bildirilib.

Qeyd edilib ki, son bir ildə respublikada istehsal olunan bitkiçilik məhsullarının dəyəri 2,9 faiz artaraq 76 milyon ma­nat, heyvandarlıq məhsullarının dəyəri isə 1 faiz artaraq 1 mil­yard 365 milyon manat olub.

Yanvar–mart aylarında ölkədə diri çəkidə 139 min ton ət, 505 min ton süd, 572 milyon ədəd yumurta və 96,6 min ton tərəvəz istehsal edi­lib. 2023-cü ilin müvafiq döv­rü ilə müqayisədə ət istehsalı 0,6 faiz, süd istehsalı 0,6 faiz yumurta istehsalı 5,2 faiz, tərəvəz istehsalı 2,7 faiz ar­tıb.

XQ

İqtisadiyyat