2024-cü ilin yanvar–mart aylarında ölkədə 607 ədəd minik və 200 ədəd yük avtomobili istehsal edilib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobillərinin istehsalı 34,4 faiz azalsa da, yük avtomobillərinin istehsalı 37,9 faiz artıb. Bununla yanaşı, hesabat dövründə ölkədə 166 ədəd traktor istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,2 faiz azdır.
Qeyd edək ki, bu il aprel ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı müvafiq olaraq 226 ədəd minik və 67 ədəd yük avtomobili təşkil edib.
XQ