“Azərbaycan” gəmi-bərəsi Xəzərə qayıdır

post-img

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus Ro­Pax tipli “Azərbaycan” gəmi-bərəsinin tərsanə təmiri yekunlaşıb.

ASCO-dan verilən məlumata görə, təmir işləri Zığ Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb. Təmir işləri çərçivəsində gəmidə boru işləri görülüb, müxtəlif təyinatlı nasoslar saz vəziyyətə gətirilib. Bərənin sualtı və suüstü hissəsi, vaqon və avtomobil göyərtəsi təmizlənərək rəng­lənib. Həmçinin gəmi heyətinin yaşayış şəraitini yaxşılaş­dırmaq üçün kayutlarda lazımi işlər görülüb. Təmir işləri başa çatdıqdan sonra gəmi-bərə yenidən istismara qay­tarılıb.

Qeyd edək ki, “Azərbaycan” gəmi-bərəsinin uzunluğu 154,50, eni 17,7, bortunun hündürlüyü isə 7,5 metrdir. Ha­zırda yükgötürmə qabiliyyətinə görə Xəzərdəki mövcud bərələrdən böyük olan bu gəmi 100 nəfər sərnişin, 56 sis­tern tipli vaqon və ya 50 yük avtomobili daşımaq imkanına malikdir.

XQ

İqtisadiyyat