Beynəlxalq iqtisadi statistika portalı olan “Trading Economics” Azərbaycanda makroiqtisadi göstəriciləri ilə bağlı proqnozlarını açıqlayıb. Portal 2024-cü ilin ikinci rübündə respublikada iqtisadi artımın 3,4 faizə qədər yüksələcəyini, ilin sonuncu rübündə isə 1,5 faizə qədər enəcəyini proqnozlaşdırıb.
“Trading Economics”, həmçinin cari il üzrə Azərbaycanda inflyasiyanın pik həddinin III rübdə olacağını, 5,3 faizə qədər yüksələcəyini, ilin sonunda isə 5 faizə kimi enəcəyini və işsizlik səviyyəsini 5,8 faiz həddində proqnozlaşdırıb.
Qeyd edək ki, Maliyyə Nazirliyinin 2024-cü ildə Azərbaycanda ÜDM-in real artımı ilə bağlı gözləntiləri 2,4 faiz, Mərkəzi Bankın proqnozu isə 3-3,5 faiz həddindədir.
XQ