Füzuli-Şuşa yolu sürətlə çəkilir

post-img

Azərbaycanın işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirən 81,6 kilometrlik Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun böyük hissəsinin inşası başa çatıb. Qarabağda inşaat işləri həyata keçirən Türkiyənin “Proyapı” şirkəti İdarə Heyətinin sədr müavini Akif Aygenin mediaya məlumatında cari ilin sonuna qədər həmin yolun inşasının tamamlanacağının nəzərdə tutulduğu bildirilib. 

Xatırladaq ki, Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu 1-ci texniki dərəcəyə uyğun 4-6 hərəkət zolaqlı ol­maqla inşa edilir. Yolboyu 137 müxtəlif diametrli suötürücü boru, 30 yeraltı keçid, 7 körpü və 7 tunel tikilir.

XQ

İqtisadiyyat