Samuxda 4 kəndin elektrik şəbəkəsi yenilənib

post-img

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) ölkənin bütün regionlarında, həmçinin ucqar dağ rayonlarında, sərhədboyu ərazilərdə köhnə elektrik şəbəkələrinin yeniləri ilə əvəzlənməsi üçün əsaslı yenidənqurma və təmir-bərpa işləri aparır. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun həyata keçirilən yenidənqurma işləri nəticəsində Samux elektrik şəbəkəsinin xidməti ərazisində yerləşən 4 kəndin elektrik təsərrüfatının yenilənməsi də bunun bariz ifadəsidir. 

ASC rayonun Seyidlər, Qədili, Sa­rıqamış və Sərkar kəndlərində 0.4 və 10 kV-luq şəbəkələrinin yenidənqurulması və bərpa işlərini tam yekunlaşdırib. Hə­min yaşayış məntəqələrində köhnə, açıq naqillər müasir tipli özünüdaşıyan izol­yasiyalı naqillərlə əvəzlənib. Həmçinin 0.4 kV-luq dayaqlar tamamilə yenilənib. Kəndlərdə yeni sayğaclar, 20 ədəd yeni müasir tipli KTM quraşdırılıb. 

Samux rayonunun və kəndlərinin fa­siləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədilə Samux Elektrik Şəbəkəsinin xidməti əra­zisində 110/35/10 kV-luq istilik yarımstan­siyası tam yenidən qurularaq istifadəyə verilib. Həmçinin 35/10 kV-luq Alıuşağı yarımstansiyasında da yenidənqurma iş­ləri başa çatıb.

Yenidənqurma işləri nəticəsində, ümu­milikdə, 4 kənddə 2 min abonent daya­nıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunur. İnvestisiya layihəsi çərçivəsində ölkənin bütün regionlarında, bəzi kənd və qəsəbələrdə elektrik şəbəkələrinin ye­nilənməsi prosesi paralel şəkildə davam etdirilir.

XQ

İqtisadiyyat