Energetika Nazirliyindən bildirilib ki, 2024-cü ilin ilk iki ayında elektrik enerjisi istehsalı istilik elektrik stansiyalarında (İES) 4 milyard 316 milyon kilovat-saat, su elektrik stansiyalarında (SES) keçən ilin müvafiq dövrünə nisbətən 146,7 milyon kilovat-saat artımla 268,3 milyon kilovat-saat, digər mənbələr üzrə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 45,4 milyon kilovat-saat artımla 101,9 milyon kilovat-saat təşkil edib.
Bu dövrdə külək elektrik stansiyalarında 9,5 milyon kilovat-saat, günəş elektrik stansiyalarında 50,7 milyon kilovat-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 41,7 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub.
Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 4 milyard 186 milyon kilovat-saat (İES-lərdə 3 milyard 928,1 milyon kilovat-saat, SES-lərdə 257,9 milyon kilovat-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 59,8 milyon kilovat-saat (İES-lərdə 44,5 milyon kilovat-saat, SES-lərdə 8,1 milyon kilovat-saat, Günəş ES-də 7,2 milyon kilovat-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 6 milyon kilovat-saat, müstəqil elektrik stansiyaları üzrə isə 434,6 milyon kilovat-saat təşkil edib.
XQ