Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 170 Bakı şəhəri, 19 mart 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2019-cu il 13 may tarixli 219 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizam­naməsi”ndə dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2019-cu il 13 may tarixli 219 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2019, № 5, maddə 953 (Cild I) ilə təsdiq edilmiş “Dövlət və bələ­diyyə tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin: 

1. 4.11-ci bənddən “Azərbaycan Respub­likası Prezidentinin vəzifəyə təyin və vəzifə­dən azad etdiyi” sözləri çıxarılsın. 

2. 4.16-cı bəndin birinci cümləsində “prorektorları” sözü “direktor müavinləri” sözləri ilə əvəz edilsin. 

3. 5.2-ci bənddə “Ali təhsil” sözləri “Orta ixtisas təhsili” sözləri ilə əvəz edilsin. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları