Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 171 Bakı şəhəri, 19 mart 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2023-cü il 23 sentyabr tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı Azərbaycan Respubli­kasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilən məlumat və sənədlərin tərtib olunma forması”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2023-cü il 23 sentyabr tarixli 338 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 9, mad­də 1359 (Cild I) ilə təsdiq edilmiş “Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı Azərbaycan Respublikası­nın Maliyyə Monitorinqi Xidmətinə təqdim edilən məlumat və sənədlərin tərtib olunma forması”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2-4-cü hissələr ləğv edilsin.

2. 5-ci hissənin birinci abzası və 5.3-cü bənd müvafiq olaraq aşağıdakı redaksiyada verilsin:

“5. Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı Dövlət Göm­rük Komitəsi tərəfindən Azərbaycan Res­publikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilən Formada aşağıdakı məlumatlar əks etdirilməlidir:”; 

“5.3. məlumat və sənədlərin təqdim edil­mə əsası;”. 

3. 5.10-cu bənddə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 5.11-ci bənd əlavə edilsin:

“5.11. Bu sənədin 5.1-5.10-cu bəndlərin­də nəzərdə tutulan məlumatları təsdiq edən sənədlər (varsa).”. 

4. Aşağıdakı məzmunda 6-cı hissə əlavə edilsin:

“6. Bu Formanın 5-ci hissəsində qeyd olunan məlumatları təsdiq edən sənədlər Azərbaycan Respublikasının Maliyyə Mo­nitorinqi Xidməti tərəfindən tələb edildikdə elektron sənəd formasında tərtib olunaraq göndərilir.”. 

5. Həmin Formaya əlavə - “Valyuta sər­vətləri və milli valyutanın transsərhəd da­şınması zamanı Azərbaycan Respublikası­nın Maliyyə Monitorinqi Xidmətinə təqdim edilən məlumatların tərtib olunma forması­nın Nümunəsi” üzrə:

5.1. adında “məlumatların” sözü “məlu­mat və sənədlərin” sözləri ilə əvəz edilsin;

5.2. “Təqdim edilmə əsası” xanasından ulduz işarəsi çıxarılsın;

5.3. cədvəldən sonrakı birinci abzas ləğv edilsin;

5.4. “Monitorinq olunmalı əməliyyata dair məlumat” xanasından sonra “Sənədlər” xanası əlavə edilsin. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları