Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 42 ölkəsinə 1,4 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “İxrac icmalı”nın fevral buraxılışında daha sonra bildirilir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 75 faizini təşkil edib.
2024-cü ilin yanvar ayı ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə Birləşmiş Krallıq (367,3 min ABŞ dolları), Lüksemburq (335,3 min ABŞ dolları), BƏƏ (74,2 min ABŞ dolları), Almaniya (71 min ABŞ dolları) və Pakistan (69,5 min ABŞ dolları) qərarlaşıb.
XQ