1 ayda qeyri-neft ixracı 22 faiz çoxalıb

post-img

Cari ilin yanvar ayı ərzində Azərbaycanın ümumi ixracı 1,8 milyard dollar, qeyri-neft sektoru üzrə ixrac 222 milyon dollar təşkil edib. Ümumi ixrac 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz, qeyri-neft sektoru üzrə ixrac isə 22 faiz azalıb.

AZƏRTAC İqtisadi İslahatların Təh­lili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın fevral sayına istinadla bildirir ki, 2024-cü ilin yanvar ayı ərzində yeyin­ti məhsulları üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz artaraq 70,4 milyon dollara, qeyri-yeyinti məh­sulları üzrə ixrac isə 151,6 milyon dollara bərabər olub.

Bitki və heyvan mənşəli piylər və yağ­ların ixracı 31,9 faiz, meyvə-tərəvəz ixracı 21,2 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı isə 17,4 faiz artıb.

Cari ilin yanvar ayı ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixra­cın statistik dəyəri 10,5 faiz artaraq 74,1 milyon dollar təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının ya­ratdığı dəyər 15,4 milyon dollar olub.

XQ

İqtisadiyyat