İcbari Sığorta Bürosunun məlumatına görə, 2023-cü ildə Azərbaycanda “Yaşıl kart” beynəlxalq sığorta sistemi üzrə 429 yol-nəqliyyat hadisəsinə görə 1 milyon 662 min manat sığorta ödənişi verilib. Bu, 2022-ci illə müqayisədə müvafiq olaraq 52,7 faiz və 82,3 faiz çox olub. Beləliklə, ötən il bir hadisə üzrə orta ödəniş 3min 873 manata çatmaqla əvvəlki ilə nisbətən 19,4 faiz yüksəlib.
2023-cü ildə “Yaşıl kart” satışı hesabına toplanılan sığorta haqlarının 16,4 faizi sığorta ödənişinə yönəldilib. Bu nisbət 2022-ci ildə 30,2 faiz olub.
Ötən il yol-nəqliyyat hadisələrinin 55-i ölkə daxilində baş verib və həmin hadisələr üzrə 130 min manat sığorta ödənişi reallaşdırılıb. Əvvəlki il isə ölkə daxilində müşahidə edilən 57 yol-nəqliyyat hadisəsinə görə isə 140 min manat sığorta ödənişi həyata keçirilib.
XQ