24 milyard kubmetr qaz ixrac edilib

post-img

Ötən il Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən xarici bazarlara 17,8 mil­yon ton neft ixrac edilib. Bura şirkətin öz imkanla­rı ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərə­findən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. 

Hesabat dövründə ölkə üzrə təbii qaz ixracı isə 6,9 faiz artaraq 23,9 milyard kubmetr təşkil edib. Bununla yanaşı, il ərzində ölkə üzrə 13,4 milyard kubmetr təbii qaz istehlak edilib. 

2023-cü ildə SOCAR tərəfindən 6,3 milyon ton neft və 3,5 milyard kubmetr qaz emal edilib. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 2,2 milyon tondan çox neft, neft-kimya və qaz-kimya məh­sulları xarici bazarlara ixrac edilib.

XQ

İqtisadiyyat