Nəqliyyat dəhlizlərində daşımalar artır

post-img

2023-cü ildə Azərbaycan ərazisindən keçən nəq­liyyat dəhlizlərində daşınmış yüklərin həcmi 32 mil­yon 805,9 min ton yük daşınıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, yük­daşımaların 14 milyon 759,3 min tonu və ya 45 faizi də­mir yolu nəqliyyatı, 9 milyon 553,8 min tonu və ya 29,1 faizi avtomobil nəqliyyatı, 8 milyon 492,8 min tonu və ya 25,9 faizi isə dəniz nəqliyyatı vasitəsilə həyata keçirilib.

Bildirilib ki, dəhlizlər vasitəsilə daşınmış malların 18 milyon 640,4 min tonunu və ya 56,8 faizini tranzit yüklər təşkil edib.

XQ

İqtisadiyyat