Bakı Limanı Brüsseldə müzakirə edilib

post-img

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC Əməliyyatlar departamentinin rəhbəri Eugene Seah yanvarın 29-30-da Belçikanın paytaxtı Brüsseldə keçirilən Avropa və Mərkəzi Asiya arasında davamlı nəqliyyat bağlantısı üzrə “Global Gateway Investors Forum”da iştirak edərək limanın genişləndirilməsi strategiyasını təqdim edib.

Səhmdar cəmiyyətinin məlumatına görə, Avropa, Mərkəzi Asiya və onun hüdudlarından kənardakı   ölkələrin rəsmiləri, maliyyə institutlarının nümayəndələri, biznes və vətəndaş cəmiyyətinin üzvlərinin iştirak etdikləri forumda  E.Seah infrastruktur bağlantısı mövzusuna toxunaraq, Orta Dəhlizin səmərəliliyini və davamlılığını artırmaq üçün nəzərdə tutulan Bakı Limanının genişləndirilməsi strategiyası haqqında məlumat verib.

Forum çərçivəsində iştirakçılar Avropa və beynəlxalq maliyyə institutlarının Orta Dəhliz vasitəsilə dayanıqlı nəqliyyat əlaqəsi üçün maliyyə, texniki dəstək və investisiyalar təmin etmək öhdəliyindən bəhs edən mühüm elanla çıxış ediblər. Bu öhdəlik Avropa və Asiya arasında qlobal əlaqəni gücləndirmək məqsədi daşıyır.

XQ

İqtisadiyyat