Abşeron və Xızıda bərpaolunan enerji mənbələri

post-img

Abşeron və Xızıda bəzi sahələr bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib. Bununla bağlı Nazirlər Kabineti 31 may 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” qərarında dəyişiklik edib. 

Qərara əsasən, gücü 240 meqavat olan “Xızı–Abşeron” külək elektrik stan­siyasının tikintisi məqsədilə Abşeron rayonunun inzibati ərazisində dövlət mülkiyyətində 8,0052 hektar, Abşeron rayonu Pirəkəşkül–Qobustan Bələdiy­yəsinin mülkiyyətində 6,1763 hektar, Xızı rayonunun inzibati ərazisində döv­lət mülkiyyətində 3,7665 hektar və Xızı rayonu Sitalçay Bələdiyyəsinin mülkiy­yətində 18,8293 hektar olmaqla, ümu­milikdə, 36,7773 hektar torpaq sahəsi bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.

XQ

İqtisadiyyat