Azərbaycanın uğurları Davos zirvəsində

post-img

COP29-un ölkəmizdə keçirilməsi diqqət mərkəzindədir

İsveçrənin Davos şəhərində “Etimadın bərpası” devizi ilə keçirilən 54-cü Dünya İqtisadi Forumunun (DİF) illik toplantısının əsas məqsədi kollek­tiv fəaliyyət azadlığını bərpa etmək və liderlər arasında şəffaflıq, ardıcıllıq və hesabatlılıq kimi əsas prinsipləri gücləndirməkdir. Forumda parçalanmış dünyada təhlükəsizlik və əməkdaşlığa nail olunması, müasir dövrdə iqtisadi artım, yeni iş yerlərinin yaradılması, süni intellekt iqtisadiyyatının cəmiyyə­tin hərəkətverici qüvvəsinə çevrilməsi, həmçinin iqlim dəyişikliyi üzrə uzun­müddətli strategiyanın hazırlanması və COP29-un Azərbaycanda keçirilməsi kimi prioritet məsələlər müzakirə edilir. 

DİF-in “COP28 və qarşıdakı yol” adlı panel müzakirəsində çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov cari il Azərbaycan­da keçiriləcək COP29 konfransına böyük ümidlər bəslənildiyini, COP28 konfransının qərarlarının yerinə yetirilməsi ilə bağlı pri­oritet vəzifələrin reallaşdırılması və ən baş­lıcası həmin məqsədlərin gerçəkləşdirilməsi üçün tələb olunan lazımi vəsaitin ayrılması­nın qarşıdakı dövrdə prioritet istiqamət oldu­ğunu, buna prosesin iştirakçısı olan ölkələrin liderlərindən həm də siyasi iradə tələb etdiyi­ni vurğulayıb. İqtisadiyyat naziri daha sonra deyib: 

– Azərbaycan “yaşıl enerji” payının artı­rılması ilə bağlı məqsədinə gözlənildiyindən də tez nail ola bilər. Çünki ölkəmiz qalıq yanacaqların işlədilməsi ilə yanaşı, təmiz enerjiyə keçidə başlamaq üçün şüurlu se­çim edib. Respublikamız 2030-cu ilə qədər enerjiyə olan tələbatın 30 faizini bərpaolu­nan enerji mənbələrindən gerçəkləşdirmək istiqamətində son illərdə mühüm tədbirlər həyata keçirib. Buna, təxminən, 2028-ci ilə qədər nail ola biləcəyimizi düşünürük. Onu da qeyd edim ki, əvvəlki danışıqlardan, xü­susən də COP28-dən öyrəndiyimiz dərslər­dən biri odur ki, təcridetmə faydasızdır. Yəni bu problemin – qalıq yanacaqların zərərin­dən xilas məsələsinin dünya ölkələrin birgə səyi ilə həlli mümkündür. 

M.Cabbarov çıxışında Azərbaycan­da keçiriləcək COP29 tədbiri çərçivəsində səmərəli investisiya strategiyalarını və kar­bon tullantılarının sıfıra endirilməsini təş­viq edən tərəfdaşlıqların dəstəklənməsinin iqlim dəyişiklikləri üzrə çağırışlara verəcəyi töhfələr barədə də ümidlərini diqqətə çatdı­rıb.

İqtisadiyyat naziri DİF-in panel mü­zakirəsi zamanı, həmçinin qeyd edib ki, COP28 sayəsində enerji səmərəliliyinin, bər­pa olunan enerji mənbələrinin həcminin ar­tırılmasına yönələn diqqət və digər nüanslar uğurdur. Bu prosesi eyni formada yüksək sə­viyyədə keçirmək isə məsuliyyətdir. Burada əsas məsələ maliyyələşdirmə mexanizmləri­nin təminidir ki, bu da son dərəcə əhəmiyyət­li prioritetdir. 

DİF çərçivəsində Mikayıl Cabbarov bir sıra görüşlər də keçirib. Nazirin “Japan To­bacco International” şirkətinin beynəlxalq əlaqələr üzrə direktoru Ana Velykoviç ilə görüşündə bu tanınmış qurumun ölkəmizlə ikitərəfli əməkdaşlığı barədə söhbət açılıb, Azərbaycanın COP29 tədbirinə evsahibliyi çərçivəsində nəzərdə tutulan layihələr, həm­çinin özəl sektorun COP29-un fəaliyyətinə cəlb olunması barədə fikir mübadiləsi apa­rılıb.

İqtisadiyyat nazirinin forum çərçivəsin­də keçirdiyi digər bir görüş isə Beynəlxalq Standartlaşdırma Təşkilatının baş katibi Serxio Muxika ilə olub. Görüşdə qlobal çağırışlara uyğun həlləri təmin edən stan­dartların tətbiqi, ölkəmizdə yüksək keyfiy­yətli ekoloji mühitin dəstəklənməsi üzrə təşəbbüslərin gerçəkləşməsi kimi məsələlər nəzərdən keçirilib. Eyni zamanda respubli­kamızda keçiriləcək COP 29 tədbiri çərçivə­sində Beynəlxalq Standartlaşdırma Təşkilatı ilə əməkdaşlıq və beynəlxalq standartlar ic­timaiyyəti üçün etibarlı proqramın hazırlan­ması üzrə tərəfdaş təşkilatlarla işbirliyi barə­də müzakirələr aparılıb.

DİF-də Azərbaycan və BƏƏ arasında dayanıqlı enerji mənbələrindən istifadəyə keçid sahəsində birgə layihələrin perspek­tivləri də müzakirə edilib. Bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov və BƏƏ-nin iqtisadiyyat naziri, Azərbay­can-BƏƏ Birgə Hökumətlərarası Komissi­yasının həmsədri Abdulla bin Tuq Əl Marr arasında keçirilən görüşdə hər iki dövlətin münasibətlərinin yüksək səviyyədə oldu­ğu məmnunluqla vurğulanıb və iqtisadi tərəfdaşlığın gündəliyində olan məsələləri nəzərdən keçirib. Eyni zamanda, hazırda gündəlikdə Azərbaycan-BƏƏ Birgə Hö­kumətlərarası Komissiyasının 9-cu iclası­na hazırlıq, ticarət dövriyyəsinin artımı və biznes əlaqələrinin inkişafı istiqamətində təşəbbüslər, COP29 çərçivəsində əmək­daşlıq kimi məsələlərin önəmli yer tutduğu diqqətə çatdırılıb. 

İqtisadiyyat nazirinin Avropa Yeni­dənqurma və İnkişaf Bankının (EBRD) bi­rinci vitse-prezidenti Yurgen Riqterink ilə görüşündə isə EBRD-Azərbaycan əmək­daşlığının bərpaolunan enerji sahəsində ge­nişləndirilməsinin əhəmiyyəti, ölkəmizin beynəlxalq təşəbbüslərdə fəal təmsilçiliyi və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) tədbirinin ölkəmizdə keçirilməsinin perspektivləri vurğulanıb.

DİF çərçivəsində “Carlsberg Group” şirkətinin Azərbaycanda istehsalının lokal­laşdırılması planları da müzakirə edilib. Na­zir adıçəkilən şirkətin baş icraçı direktoru Yakob Orup-Andersen ilə yeni əməkdaşlıq imkanlarını dəyərləndirib. “Azərbaycanda­kı uğurlu fəaliyyəti və ölkəmizdə aparılan iqtisadi islahatların biznes mühitinə müsbət təsiri barədə danışdıq. Şirkət tərəfindən ölkə­mizdə istehsalın lokallaşdırılması sahəsində görülən işləri və yeni əməkdaşlıq imkanla­rını dəyərləndirdik”, – deyə M. Cabbarov qeyd edib.

Yeri gəlmişkən, COP29-un bu il Azər­baycanda keçirilməsi ilə bağlı qərarına DİF-in panel müzakirəsində, eyni zamanda, ikitərəfli görüşlərdə müsbət yanaşılması təq­dirəlayiq haldır. Bu, bir tərəfdən beynəlxalq aləmi düşündürən, narahat edən məsələyə həssaslıqla yanaşılması, digər tərəfdən isə belə bir önəmli layihənin dünyada sülhpər­vər mövqeyi ilə böyük nüfuz qazanan Azər­baycanda gerçəkləşdirilməsi irəli bağlıdır. 

Qeyd edək ki, COP29-un bu il Azərbay­canda keçirilməsi ilə bağlı qərar COP28-in ötən il dekabrın 11-də Dubayda reallaşan plenar iclasında qəbul olunub. COP iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dün­yanın ən əhəmiyyətli tədbirlərindən biridir. Azərbaycanın bu tədbirə Şərqi Avropa Qru­pu ölkələri arasından yekdil qərarla ev sahibi seçilməsi ölkəmizə yüksək etimadın göstəri­cisidir. İki həftə Bakının dünyanın mərkəzi olacağı və şəhərin təqribən 70-80 min xarici qonağı qarşılayacağı gözlənilir.

Xatırladaq ki, bərpaolunan enerji mən­bələrinin elektrik enerjisi istehsalında xüsusi çəkisinin 2026-cı ilədək 24 faizə, 2030-cu ilə kimi isə 30 faizə çatdırılması Azərbaycan Respublikasının 2022–2026-cı illər üçün So­sial-İqtisadi İnkişaf Strategiyasında nəzərdə tutulub.

Energetika Nazirliyinin məlumatına əsasən, Azərbaycanın bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioener­ji potensialı 380 meqavatdır. Dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətlən­dirilir.

DİF çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Əbu Dabi Milli Neft Şirkəti (ADNOC) ilə “Abşeron” yatağından qaz hasilatı layihəsi, aşağı karbonlu həllər və bərpa olunan enerji mənbələri, gələcək əməkdaşlıq üçün potensial imkanlar da müzakirə edilib. Bu barədə SOCAR-ın pre­zidenti Rövşən Nəcəf “X” sosial şəbəkəsin­dəki hesabında yazıb: “ADNOC şirkətinin Aşağı Karbon Həllləri və Beynəlxalq İnki­şaf üzrə İcraçı Direktor Musabbeh Al Ka­abi (Musabbeh Al Kaabi) ilə strateji dialoq apardıq. Dünya İqtisadi Forumu zamanı biz “Abşeron” layihəsinin gedişatını, onun tam­miqyaslı inkişafını, həmçinin aşağı karbonlu həlləri və bərpa olunan enerji resurslarını müzakirə etdik və gələcək əməkdaşlığın po­tensial imkanlarını araşdırdıq”. 

Bu məqamda xatırladaq ki, ötən ilin de­kabr ayında SOCAR və ADNOC arasında Strateji Əməkdaşlığa dair Saziş imzalanıb. Saziş SOCAR ilə ADNOC şirkətləri ara­sında ətraf mühitin mühafizəsi sahəsində birgə fəaliyyətin daha da genişləndirilmə­sini, “mavi hidrogen”, geotermal və karbon idarə edilməsi üzrə əməkdaşlıq məsələlərini nəzərdə tutur.

2023-cü ilin avqust ayında ADNOC şirkəti “Abşeron” qaz-kondensat yatağında 30 faizlik iştirak payının əldə edilməsi ilə bağlı SOCAR və Fransanın “TotalEnergies” şirkəti ilə saziş imzalayıb.

Qeyd edək ki, Rövşən Nəcəf Davosda ABŞ-nin iqlim üzrə xüsusi nümayəndəsinin müavini Rik Dyukla da məhsuldar müza­kirələr keçirib. Tərəflər arasında dekarbo­nizasiya, iqlim problemləri, planetin daya­nıqlı gələcəyinə yardım sahəsində potensial əməkdaşlıq məsələləri müzakirə olunub. 

V.BAYRAMOV
XQ

İqtisadiyyat