Astara terminalının yükaşırımı 3 dəfə yüksəlib

post-img

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) yaydığı xəbərdə qeyd edilir ki, Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin önəmli struktur vahidlərindən biri olan Astara terminalında 2023-cü il ərzində 700 min tona yaxın yük aşırılıb. Bu isə terminalın fəaliyyətə başladığı 2018-ci illə müqayisədə 3 dəfə çoxdur.

Hazırda terminalda biraşırımlı av­tomobil yolu, üçaşırımlı kəmər bəndi, 4 biraşırımlı dəmir yolu körpüsü, 10 xidmət binası və 2 platformanın tikin­tisi işləri davam etdirilir. Cari il terminalın inşası tamamlandıqdan sonra yükaşır­ma gücünün illik 3,5-4 milyon tona çat­dırılması nəzərdə tutulur.

Qeyd edək ki, Şimal–Cənub Bey­nəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Azərbaycan və İran hökumətləri arasın­da əldə olunmuş razılaşmaya əsasən, 2017-ci ildə qlobal ticarətin təşviqi is­tiqamətində Astara terminalının inşası­na başlanılıb. 

Astara terminalında yükaşırma əmə­liyyatları 2018-ci ildən həyata keçirilir və 2022-ci ilin sentyabr ayından ADY-nin törəmə şirkəti olan “Astara Terminal” MMC tərəfindən aparılır.

XQ

İqtisadiyyat