10 ayda xaricə 19,8 milyard kubmetr qaz satılıb

post-img

“Azəri–Çıraq–Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən  2023-cü il noyabrın 1-i tarixinədək 418,7 milyard kubmetr qaz hasil edilib.

Energetika Nazirliyinin məlumatına görə, ümumi hasilatın 214,1 milyard kubmetri  AÇG-nin, 204,6 milyard kubmetri isə “Şahdəniz”in payına düşüb. “Şahdəniz” yatağından hasil edilən qazın 144,8 milyard kubmetri ixraca nəql edilib.

Nazirliyin yaydığı operativ məlumatlara əsasən, 2023-cü ilin 10 ayı ərzində Azərbaycanda 40,1 milyard kubmetr təbii qaz hasil edilib. Bu da ötən ilin müvafiq dövründəkindən 1,6 milyard kubmetr və ya 4,2 faiz çoxdur. Qazın 10,7 milyard kubmetri AÇG-dən, 21,8 milyard kubmetri “Şahdəniz”dən, 0,5 milyard kubmetri “Abşeron”dan, 7,1 milyard kubmetri isə SOCAR üzrə hasil olunub. 

Hesabat dövründə xaricə qaz satışı 19,8 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 8,2 faiz çoxdur. “Cari ilin yanvar-oktyabr aylarında Avropaya 9,8 milyard kubmetr, Türkiyəyə 8,1 milyard kubmetr, Gürcüstana isə 1,9 milyard kubmetr qaz satılıb. Bu müddətdə Türkiyəyə TANAP-la 4,7 milyard kubmetr qaz nəql olunub”,–deyə məlumatda bildirilir.

XQ

 

İqtisadiyyat